Şriftin ölçüsü :

Saytın rəngi :

Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi

01 dekabr 2017 | 11:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılmasına dair  verdiyi tapşırıq Ağstafa rayonunda da uğurla icra olunmaqdadır.   Bu gün rayon mərkəzindən 53 km məsafədə yerləşən Ağgöl kəndində ilk dəfə təbii qazın verilməsi münasibəti mərasim keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Osman Behbudov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin başçısı ilk öncə bu münasibətlə kənd sakinlərini təbrik etdi.  Bildirildi ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Ağstafa rayonunun da yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ağgöl kəndinə təbii qazın verilməsi ilə ümumilikdə rayonun 39 yaşayış məntəqəsindən 38-nə təbii qazın verilməsi təmin olunur. Bu isə o deməkdir ki, yaxın zamanda Böyük Kəsik kəndinə təbii qazın verilməsi ilə Ağstafa rayonu 100 faiz təbii qazla  təmin edilmiş rayon olacaqdır. Təbii ki, rayonun mavi yanacaqla tam təmin olunması, hər bir evin isidilməsi əhalimizin həyat səviyyəsinin, sosial rifah halının daha da yüksəlməsinə təkan vermiş olur. Bi isə ölkə rəhbərliyinin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının nətciəsidir.
  Sonra Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ağgöl kəndinin qazlaşdırılması üçün 1107metr daşıyıcı xətt, 6674 metr paylayıcı xətt çəkilmişdir. Kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün, ümumilikdə, 7781 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 592 nəfər yəni, 100 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.
Mərasimdə çıxış edən kənd ictimaiyyətinin nümayəndələri Mansurov Kəmaləddin, Musayeva Ofeliya, Şəmilov Ramiz  bütün kənd əhalisi adından  bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarının ifadə edilər.
Daha sonra cənab Məhərrəm Quliyev kənd ağsaqqalları ilə birlikdə Ağgöl kəndinə əbii qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdılar.

Keçidlər