Ağstafada baramaçılığın inkişafı məqsədi ilə geniş ərazilərdə tut tingləri əkilir
02 dekabr 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri ciddi nəzarətdə saxlanılır. Ağstafa rayonu üçün də ənənəvi sahə hesab edilən baramaçılıq yenidən bərpa olunmuş və bu sahənin inkişafının daha da yüksəldilməsi istiqamətində zəuri tədbirlər görülür. Bu məqsədlə ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayon ərazisində tut tinglərinin əkin işləri aparılır. 02 dekabr 2017-ci il tarixdə rayonun Eynallı kəndinin 4,0 hektar ərazisində 3 min ədəd tut tingi əkilmişdir.