Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində yenidənqurma tədbirləri uğurla icra olunur

04 dekabr 2017 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələrinin yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunur. Belə ki, hazırda İsa Hüseynov və Rafiq Alıcanov küçəsi döngə 2-də və həmin ünvanda yerləşən şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 4 mərtəbəli, 32 mənzilli yaşayış binasının ətrafında abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə aparılan inşaat işlərinə baxış keçirdi, müvafiq tapşırıqlarını verdi. Çoxmərtəbəli yaşayış binasının həyətində şəhid və Qarabağ əlillərinin ailə üzvləri ilə görüşdə onlara göstərilən yüksək dövlət  qayğısı üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. Binanın həyətinə brusçatka tipli döşəmə daşı düzülüb, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət guşələri və uşaqların əylənmələri üçün müvafiq qurğulu oyun meydançaları yenidən qurulur, həyətin işıqlandırılması üçün müasir tipli işıq dirəkləri quraşdırılır, yağış sularının həyətdə qalmaması üçün müvafiq tədbir görülüb, eləcə də ətrafda yeni yaşıllıq sahələri salınır. Şəhərin əsaslı yenidən qurulmuş Cəfər Cabbarlı küçəsinə birləşən və Rafiq Alıcanov küçəsinədək davam edən İsa Hüseynov küçəsində də inşaat işləri sürətlə davam etdirilir. Küçədə kabel-kommunikasiya xətləri səliqəyə salınır, müasir işıqlandırma sistemi quraşdırılır, bordurlar qoyulmuş və piyadaların rahat və təhlükəsiz hərəkətlərini təmin edəcək səkilərə dekorativ daşlar düzülür. Küçəyə yeni asfalt beton qatının qoyulması üçün hazırlıq işləri aparılır

 

Keçidlər