Ağstafalı yeniyetmə İranın paytaxtında keçirilən güləş turnirinin qalibi olub
21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turnir keçirilmişdir.
Azərbaycan Milli Komandasını 47 kq çəki dərəcəsində Ağstafa rayon Soyuqbulaq qəsəbə tam orta məktəbinin X sinif şagirdi Ruslan Şıxıyev təmsil etmişdir. Gənc güləşçimiz bu turnirdə uğurla çıxış etmişdir. Belə ki, Ruslan 47 kq çəki dərəcəsində 1/8 finalda İran güləşçisinə, 1/4 finalda Ermənistan güləşçisinə 10:0 hesabı ilə təmiz qələbə çalaraq yarımfinala çıxmışdır. Bu görüşdə Ukrayna təmsilçisinə qalib gələrək finala yüksələn Ruslan finalda yenə İran idmançısı ilə qarşılaşmış və qalib gəlmişdir.
“Day of children” beynəlxalq turnirində qalibiyyət qazanan məktəblimiz şəxsi görüşlərdə I yerə, komanda hesabında isə II yerə layiq görülmüşdür.