Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kənd körpələr evi- uşaq bağçasının binası əsaslı yenidən qurulur

07 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ölkəmizdə elm və təhsilin, ümumtəhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, ölkəmizin bütün bölgələrində müasir standartlara uyğun yeni binalar tikilir və ya əsaslı yenidən qurularaq istifadəyə verilir.  O cümlədən Ağstafa rayonunda da bu istiqamətdə aparılan işlər uğurla davam etdirilir. Hazırda Göycəli kənd körpələr evi-uşaq bağçasında aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə orada yaradılan şəraitlə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi. 35 uşaq yerlik və 2 qrupdan ibarət olan uşaq bağçası ən müasir inventar və avadanlıqlarla təchiz olunub. Binanın dam örtüyü, qapı və pəncərələri, döşəmə və tavanı, kommunikasiya xətləri yenilənib. Qrup, yataq, metodist və tibb otaqları, yemək, oyun, tədbir zalları, yeməkxana, mətbəx, sanitar qovşaq, camaşırxana otaqları müasir tələblərə uyğun əsaslı təmir olunub, müasir istilik sistemi quraşdırılıb. Həyətinə və kəndin istirahət parkı ilə binaya gedən yola asfalt örtüyü qoyulub, istirahət guşəsi yaradılıb. Binanın yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

 

Keçidlər