Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirildi

08 dekabr 2017 | 11:00

       Bu gün Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında  Azərbaycan xalqının ümummilli  lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” mövzusunda  tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
          Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq ulu öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan və fəaliyyətindən geniş bəhs etdi. Azərbaycan xalqının müdrik oğlu, qətiyyəti ilə heyranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd fəlakətlərdən qurtardığını diqqətə çatdırıb. Ümummilli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edərək qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri yüz illər keçsə də unudulmayacaq.
          Tədbirdə digər çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, ağsaqqal Fərhad Əliyev, rayon ictimaiyyətinin nümayəndələri Məmməd Məmmədov, Qəfər Məmmədov, Xəyalə Rüstəmova, Gülgün Kərimov, Fatma Vəliyeva və başqaları çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıblar. Qeyd edib ki, dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli mənəvi tərəqqisi üçün möhtəşəm işlər görüb.
         Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub, ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının dahi liderin adı ilə bağlı olduğu vurğulanıb.

Keçidlər