Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkarlıq fəaliyyətinin inkişafına gənclərin təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçirildi

09 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyi tərəfindən “Sahibkarlıq fəaliyyətinin inkişafına gənclərin təşviq edilməsi” layihəsinin həyata keçirilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbir Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərində keçirilən tədbirlərdə qeyd olunmuşdur ki, layihənin əsas  məqsədi regionlarda yaşayan gənclər üçün müvafiq mövzularda təlimlər həyata keçirmək, gənclərin sahibkarlıq və biznes sahələrində bilik və bacarıqlarını artırmaq, eləcə də sahibkarlıq fəaliyyətlərinə fəal şəkildə cəlb olunmalarını təmin etməkdir. Layihə regionda yaşayan gənclərin sahibkarlıq və biznes fəaliyyətlərinə cəlb olunmalarından, düzgün marketinq və reklam strategiyaları qurmaq bacarıqlarının  inkişaf etdirilməsindən bəhs edir. Layihə çərçivəsində seçilmiş iştirakçı gənclərə  mükəmməl biznes plan yazılması, biznesin inkişaf etdirilməsi, sahibkarlıq assosiasiyalarının yaradılması, şəbəkələşmə və qərarqəbuletmə, “StartUp” kimi mövzularda təlimlər keçirilir.
Təlimlər mərhələsindən sonra yekun olaraq sahibkarlıq mövzusunda Gəncədə fəaliyyət göstərən sahibkarların və təlim məzunlarının iştirakı ilə Dəyirmi Masa həyata keçiriləcəkdir.
Tədbirin sonunda fəal gənclər layihəçilər tərəfindən fəxri fərmanlarla təltif olundu.

Keçidlər