Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağstafa rayon Təşkilatında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

11 dekabr 2017 | 11:00

Bu gün Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının inzibati binasında YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə YAP Ağstafa rayon Təşkilatının aparat rəhbəri Şükran Hacıyev, Rayon təşkilatının Qadınlar Şurasının sədri Şəhanə Osmanova,  Rayon təşkilatının Gənclər Birliyinin sədri Elvin İmaməliyev, eləcə də tədbir iştirakçıları Ayşən Rəhimli, Nizami İsgəndərli, İsə İslamov, İradə Batıyeva, Turan Hüseynov çıxış etmişlər. Qeyd olunmuşdur  ki,  Ulu öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə və xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub yaratmaq amalı ilə yaşamışdır, hər zaman milli ideyalara bağlı olmuşdur. Heydər Əliyevin həyata keçirilən gender siyasəti və onun uğurlu nəticələri haqqında ətraflı məlumat vermişdir. Məhz Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artmaqdadır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Ümummilli liderimiz  Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir.

Keçidlər