Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD OLUNDU

12 dekabr 2017 | 11:00

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsi izdihamla anıldı.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, eləcədə rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin önündə Ulu öndərin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzinin muzey salonlarına ekskursiya olundu.  Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadını, həyat və fəaliyyəti ilə yaxından tanış oldular.

Keçidlər