Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri işləri davam etdirilir

13 dekabr 2017 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində  işlər uğurla davam etdirilir. Belə ki, təmir olunan binaların  dam örtükləri yenidən qurulur, blok girişlərinin və pilləkən qəfəsələri əsaslı təmir olunur, qapı və pəncərələri,  kommunikasiya xətləri yenilənir. Həmçinin ətraf ərazidə də abadlıq işləri həyata keçirilir. Müasir işıqlandırma sistemi quraşdırılır, sakinlərin rahat dincəlmələri üçün istirahət guşələri  yaradılır, həyətlərinə dekorativ tipli döşəmə daşları vurulur. Təmir işlərinin aparıldığı növbəti binlardan biri də Ağstafa şəhəri Heydər  Əliyev prospekti döngə 1-də  yerləşən 16 ailəlik çoxmənzilli yaşayış binasıdır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra şəxsləri ilə birlikdə işin gedişatı ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.

Keçidlər