Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Regional Bilik Evinin açılışı oldu

18 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə  Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov  digər tədbir iştirakçıları ilə birlikdə Mərkəzin önündə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yerli rəsmi qurumların təmsilçiləri, rayon ağsaqqalları,  ziyalıları və gənclərinin, müəllim və şagirdlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimini giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. İcra başçısı ilk öncə  bu əlamətdar gün münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edib.  Qeyd olundu ki, Regional Bilik Evinin məhs Ağstafa rayonunda təsis edilməsi Ağstafaya və ağstafalılara dövlətimiz tərəfindən göstərilən növbəti yüksək diqqət və qayğı olmaqla yanaşı eyni zamanda  böyük etimaddır. Biz bu etimadı birlikdə doğrulacağımıza söz veririk. Ağstafada yerləşən Bilik Evi ölkəmizdə fəaliyyət göstərənlər sırasında ən öndə gedənlər sırasında olacaqdır.   İcra başçısı bildirdi ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Odur ki, fəliyyətə başlayacaq Regional Bilik Evi həm gənclərimizin savadlanması, müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından vacib rol oynayacaqdır.
Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək, Fondun "İslam Həmrəyliyi İli"ndə həyata keçirdiyi maarifləndirici layihələrdən danışıb, ölkənin müxtəlif bölgələrində Bilik evlərinin açılmasını maarifləndirmə istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirib.
Bilik Evinin Ağstafada fəaliyyətə başlamasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirən icraçı direktor Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Ağdaş, Qarabağ Regional Bilik evlərinin fəaliyyətini xatırladaraq, bu maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri, potensialları barədə məlumat verib. Oktay Səmədov milli-mənəvi dəyərlərin qorunması və təbliği işində gəncləri fəal olmağa çağırıb, Vətənə sevgi, dövlətə sədaqət, vətəndaşlara qayğı göstərməyin məhz milli-mənəvi dəyərlərə sadiqlikdən keçdiyini deyib.
Tədbirdə Bilik Fondu ilə Ağstafa Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Sazişi imzalanıb.
Açılış mərasimindən sonra Fondun icraçı direktoru Bilik Evinin mütəxəssisləri, təlim kurslarının dinləyici və təlimçiləri ilə görüşüb.

 

 

Keçidlər