Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan İsa Hüseynov küçəsinə yeni asfalt qatı salınır

19 dekabr 2017 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014 -2018-ci illər) uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələri də yenidən qurulur. Belə ki, hazırda İsa Hüseynov və Rafiq Alıcanov küçəsi döngə 2-də və həmin ünvanda yerləşən şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 4 mərtəbəli, 32 mənzilli yaşayış binasının ətrafında abadlıq, quruculuq işləri sürətlə davam etdirilir. Hazırda küçəyə asfalt-beton örtüyünün qoyulmasına başlanılmışdır və yaxın günlərdə işlər tamamilə yekunlaşdırılacaqdır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə yeni qoyulan asfalt örtüyünə baxış keçirdi və aparılan işlərə dair müvafiq tapşırıqlarını verdi.  Küçədə avtomobil yolunun kənarları boyunca bardurlar düzülüb,  sakinlərin rahat və təhlükəsiz  hərəkət etmələri üçün yaradılmış piyada səkilərinə brusçatka tipli dekorativ daş düzülmüşdür,  kommunikasiya xətləri səliqəyə salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.   Eyni zamanda ərazidə yerləşən çoxmənzilli yaşayış binasının həyətinə dekorativ döşəmə daşı düzülüb, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün istirahət guşələri və uşaqların əylənmələri üçün müvafiq qurğulu oyun meydançaları yenidən qurulmuşdur, həyətin işıqlandırılması üçün müasir tipli işıq dirəkləri quraşdırılır, yağış sularının həyətdə qalmamağı üçün müvafiq tədbir görülüb, eləcə də ətrafda yeni yaşıllıq sahələri salınır. 

Keçidlər