Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən çoxmənzilli yaşayış binasında təmir işləri davam etdirilir

20 dekabr 2017 | 11:00

 “Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində  işlər uğurla davam etdirilir. Təmir işlərinin aparıldığı növbəti binalardan biri də Ağstafa şəhəri Heydər  Əliyev prospekti döngə 1-də  yerləşən 16 ailəlik çoxmənzilli yaşayış binasıdır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə işin gedişatı ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi. Binanın dam örtüyü yenidən qurulub, blok girişlərinin qapıları dəyişdirilib, işıqlandırma sistemi yenilənib, kommunikasiya xətləri səliqəyə salınıb. Hazırda blok girişlərində və pilləkən qəfəsələrində təmir işləri davam etdirilir. Həmçinin binanın ətrafında müvafiq abadlıq işləri görülür, həyətyanı sahələrə dekorativ daş düzüləcək. İşlərin yaxın zamanda yekunlaşdırılması planlaşdırılır. Binanın sakinləri onlara göstərilən bu cür diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər