Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər 2 saylı körpələr evi-uşaq bağçasında təmir-tikinti işləri aparılır

21 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin ölkəmizdə elm və təhsilin, xüsusilə də ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, ölkəmizin bütün bölgələrində müasir standartlara uyğun yeni-yeni  təhsil ocaqları  tikilir və ya əsaslı təmir olunaraq yenidən qurulur. O cümlədən Ağstafa rayonunun bütün sahələri  kimi məktəbəqədər təhsil müəssisələrin vəziyyəti də daim diqqətdə saxlanılır . Belə ki, rayon ərazisində fəaliyyət göstərən  körpələr  evi-uşaq bağçaları müvafiq qaydalara uyğun olaraq təhlil edilib araşdırılaraq qəzalı vəziyyətdə olanları üçün yeni binalar tikilir, əsaslı təmir tələb olunanlar  yenidən qurulur, cari təmirə ehtiyacı olanlar isə cari təmir olunur.  Növbəti təmir-tikinti işlərinin aparıldığı  məktəbəqədər təhsil müəssisəsi  Ağstafa  şəhərində 1980-ci ildən fəaliyyət göstərən 2 saylı körpələr evi-uşaq bağçasıdır. Burada  4 qrupda, 75 uşağın tərbiyə olunması üçün lazımı şəraitin yaradılması nəzərdə tutulub. Bağçanın fəaliyyətinin dayandırmaması üçün korpuslar növbə ilə təmir olunur. Təmir işləri çərçivəsində bianın dam örtüyü yenidən qurulmuş, həyətə dekorativ daşlar vurulmuş, istirahət guşəsi,  yeni sanitar qovşaqlar tikilmiş, kanalizasiya xətləri yenilənmiş , müasir standartlara uyğun yeni istilik sistemi qurulmuş,  biananın qapı və pəncərələri yenisi ilə əvəz olunmuşdur.  Ağstafa rayon İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev  rayonun bir sıra məsul şəxsləri ilə birlikdə  körpələr evi-uşaq bağçasında olmuş müvafiq  tapşırıq və tövsiyyələrini vermişdir.
İcra başçısı bildirdi ki, təmir-tikinti işləri tam yekunlaşdıqdan sonra bu uşaq bağçası rayonda fəaliyyət göstərənlər sırasında ən yaxşı infrastrukturlu binalardan birinə çevirləcəkdir. Yataq və oyun otağına  laminat döşəmənin vurulması, dəhliz, müdir otağı ən yüksək səviyyədə təmir olunması,ümumi giriş hissədə valideynlərin uşaqlarını rahat şəkildə gözləmələri üçün  sağ-sol hissəsində olan açıq  eyvanın kənarlarına polkarbinat vurulması, mətbəx və bufetin əsaslı təmir olunması kimi tapşırıqlarını verdi. 

Keçidlər