Ümumi uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər və Eynallı-Qırılı avtomobil yollarınını açılış oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Ağstafa rayonunun Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən Ağstafa – Köçəsgər və həmin yaşayış məntəqələrini Qırılı kəndi ilə əlaqələndirən Eynallı-Qırılı avtomobil yollarının əsaslı şəkildə yenidən qurulmasından sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev , inşaat, mühəndis işçiləri, eləcə də həmin yaşayış məntəqələri üzrə yerli ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı hər kəsi bu münasibətlə təbrik etdi. Qeyd olundu ki, möhtərəm Prezidentimiz İlham Əliyevin konkret tapşırıqlarına uyğun olaraq Ağstafanın yol-nəqliyyat sistemi tamami ilə yenidən qurulur. Ağstafa rayonunun bütün sahələrində olduğu kimi bu istiqamətdə də görülən işlər dövlət başçısının Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Əvəz Qocayev öz çıxışında ölkəmizin yol-nəqliyyat sisteminin inkişafından geniş bəhs etdi. Bildirildi ki, 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolları iki hərəkət zolaqlı 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtük döşənilibdir, müvafiq yol nişanları və məlumatverici lövhələr qoyulmuş, yol-cizgi və yolgöstərici xətlər çəkilmişdir. Dövlət başçısının konkret tapşırığına uyğun olaraq 2020-ci ilin sonuna qədər ölkə ərazisində bütün yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı yenidən qurulması işləri yüz faizə çatdırılacaqdır. Hazırda resbpuklimazının hər yerində olduğu kimi Ağstafa rayonunda bu istiqamətdə tədbirlər sürətlə icra olunur. Tədbirdə yerli ictimaiyyət nümayəndələri ağsaqqal Yolçu Vəliyev, ziyalı Nazim Eminov çıxış edərək bütün sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər. Sonra Məhərrəm Quliyev və Əvəz Qocayev yolun açılışını ifadə edən rəmzi qırmızı lenti kəsdilər.