Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən körpünün açılış mərasimi keçirildi

25 dekabr 2017 | 11:00

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3,  Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 avtomovil körpüsünün tikintisi işləri tam başa çatdırılmışdır. Bu münasibətlə Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən 34 uzunluğu olan  körpünün istifadəyə verilməsi münasibəti ilə geniş tədbir keçirilmişdir. Açılış tədbirində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, inşaat- mühəndis işçiləri, eləcə də rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə qeyd olundu ki, artıq istifadəyə verilmiş hər 4 körpü əhalinin rahat və təhlükəsiz  qaydada gediş-gəlişinə ən yüksək səviyyədə xidmət edir. Körpülərin inşaat işləri çərçivəsində, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpünün isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır. Tədbirdə çıxış edən rayon ziyalıları İbrahim Əliyev və Camal Məmişov Ağstafanın yol-nəqliyyat infrastrukturunun kompleks şəkildə yenidən qurulmasına görə rayon əhalisi adından ölkə rəhbərliyiniə dərin minnətdarlıqlarını ifadə etdilər. Sonda körpünün açılışını bildirən qırmızı lent kəsildi. 

Keçidlər