Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylandı və möhətəşəm bayram şənliyi keçirildi

19 mart 2013 | 11:00

18 mart 2013-cü il tarixdə Ağstafa rayonunda şəhid ailələrinə, Qarabağ və Çernobl əlillərinə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı. Ümumilikdə  bayram sovqatı 200 ailəni əhatə etdi.
Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında Novruz Bayramı münasibəti ilə bayram şənliyi keçirildi. Konsert proqramından öncə aşıqların, gənc meyxanaçıların, Uşaq Yaradıcılıq Mərkəzinin uşaqlarının, Uşaq Gənclər və İdman məktəbinin idmançılarının çıxışlarını Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon ictimayyəti ilə birlikdə seyr etdi.
Daha sonra bayram şənliyi üçün quraşdırılmış səhnə önündə tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik etdi.
Şənliyə toplaşmış rayon sakinləri rayonun musiqi kollektivlərinin ifasını, keçəl və kosanın məzəli əhvalatlarını alqışlarla qarşıladı.

Keçidlər