Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yolu əsaslı yenidən qurularaq istifadəyə verilib

25 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq  ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər sistemli şəkildə icra olunur. Avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq “Azəravtoyol” ASC tərəfindən Ağstafa rayonunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 458-ci km-dən ayrılan 9.8 km uzunluğa malik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan yolu yenidən qurulmuşdur. Bu münasibətlə geniş mərasim keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu münasibətlə hər kəsi səmimi qəlbdən təbrik etmişdir. İcra başçısı ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Ağstafanın yol-nəqliyyat təsərrüfatında görülən kompleks tədbirlərdən geniş söz açıb.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev  də əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, ölkəmizin yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, hər bir bölgədə avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Yerli ictimaiyyət nümayəndələri Qalib Qəfərov və Arif Həsənov bildiriblər ki, həmin avtomobil avtomobil yolu əvvəllər torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə əhalinin gediş-gəlişində ciddi problemlər yaşanırdı. Artıq bu problemlər geridə qalıb.  Sakinlər görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Avtomobil yolu yerli əhəmiyyətlidir və 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Yolların hərəkət hissəsinin eni 6 metr, çiyinlərin  eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində yollar boyu yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.  Yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yol göstərici xətlər çəkilibdir. Sonda tədbir iştiakçıları yola baxış keçiriblər.

Keçidlər