Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər 3 saylı tam orta məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

26 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq 3,5 ha ərazisi olan, 1320 şagird yerlik  ümumtəhsil məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmışdır.
Bu münasibətlə 3 saylı tam orta məktəbdə geniş mərasim keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də müəllim, şagird və valideynlər iştirak edirdilər.
Mərasimi giriş  sözü ilə açan İcra başçısı hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Qeyd olundu ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa ilə bağlı imzaladığı Sərəncamlar,  verdiyi müvafiq tövsiyə və tapşırıqlar nəticəsində rayonumuz bütün sahələrdə olduğu kimi təhsi sahəsində də ölkənin ən qabaqcıl rayonları sırasında qərarlaşmışdır. Son illər rayonun təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilmişdir. Tədbirdə çıxış edənlər,  rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəbin  məzunu  rayon ziyalısı İbrahim Əliyev, Rayon Ağsaqqallar  Şurasının sədri Firdovsi Heydərli, məktəbin müəlliməsi Elnarə İskəndərova və digərləri  çıxış edərək Ağstafa rayonunun təhsil sisteminə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Sonra tədbir iştirakçıları İki korpusdan ibarət və 6076,0 kvadrat metr sahəsi olan məktəb binasında yaradılan şəraitlə yaxından tanış oldular.  Binanın  köhnə dam örtüyü müasir tələblərə cavab verən yenisi ilə əvəz olunmuşdur, ətraf ərazisi dekorativ hasara alınmış, yerə brusçatka tipli döşəmə daşı vurulmuşdur. Binanın foye və koridorlarına müasir tipli keramoqranit  daşları döşənmiş, dekorativ yaşıllıqlarla bəzədilmişdir. Məktəbin bufeti, idman, akt və kitabxana  zalları, sanitar qovşaqlar müasir tələblərə uyğun yenidən qurulmuşdur.   Uyğunsuz  arakəsmələr tamami ilə sökülmüşdür.  Layihəyə uyğun elektrik, istilik sistemi yüksək tələblərə uyğun yenilənmiş, bütün mərtəbələri əhatə edən müşahidə  kameraları quraşdırılmışdır. Hasarın çöl hissəsi boyunca bordur qoyulmuş,  su arxı betonlaşdırılmışdır.
Tədbirin sonunda rayon rəhbərliyi ilə məktəbin müəllim kollektivi xatirə şəkli çəkdirdilər.

Keçidlər