Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada inşa olunan “EKO Keramit” zavodunun tikintisi son tamamlama mərhələsindədir

27 dekabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye zonalarınlın yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və iş adamları tərəfindən yeni biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda inşa olunmuş yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər sürətlə davam etdirilir. Dövlət başçısının  19 oktyabr 2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində özündə bir neçə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkının açılışında iştirak etmişdir. Hazırda sənaye parkında inşa olunan “EKO Keramit” dam örtükləri zavodunun tikintisində son tamamalama işləri aparılır. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə inşaat işlərinə nəzər saldı, işin gedişatı ilə yaxından maraqlandı. İcra başçısı burada çalışan işçilərlə söhbət əsnasında qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa rayonuna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, bu gün rayonumuz artıq sənaye rayonuna çevrilir. Çox qısa zaman içərisində rayonda bir neçə istehsal və emal müəssisələri yaradıldı, sahibkarlığın inkişafına dəstək verilməsi sayəsində rayon iqtisadiyyatında sənaye məhsulunun xüsusi çəkisi artdı.
“EKO Keramit” zavodun istehsal gücü sutkada  500 kvadratmetr təşkil edəcəkdir. Burada 150 nəfər işlə təmin olunacaqdır.

Keçidlər