Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayı üzərindən 184 metr uzunluğunda inşa olunan körpü istifadəyə verilib

27 dekabr 2017 | 11:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Körpülərdən biri 184 metr uzunluğunda Kür çayı üzərindən inşa olunub. 120 il bundan öncə, yəni 1897-ci ildə inşa olunmuş köhnə körpünün  tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Körpünün istifadəyə verilməsi münasibəti ilə geniş mərasim keçirilmişdir. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyinin sədr müavini Əvəz Qocayev , inşaat-mühəndis işçiləri, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, bundan öncə körpülərin istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idi. İndi isə vətəndaşlar tam təhlükəsiz və rahat şəkildə gedib-gələ biləcəklər. Ölkəmizdə yol-nəqliyyat sisteminə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub. Rayon ictimaiyyətinin nümayəndələri İbrahim Əliyev və Camal Məmişov çıxış edərək bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək qayğı kimi qiymətləndiriblər. Layihəyə uyğun olaraq körpüyə yanaşma yolu  3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlıdır. Tədbirin sonunda körpüyə baxış keçirildi.
  

Keçidlər