Şriftin ölçüsü :

Saytın rəngi :

Acıdərəçay üzərindən 64 metr uzunluğunda inşa edilən körpü istifadəyə verilib

27 dekabr 2017 | 11:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2016-cı il yanvarın 15-dən etibarən Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən Ağstafa rayonu ərazisində  inşa olunan 4 körpüdən biri də Acıdərəçay üzərindən 64 metr uzunluğunda inşa edilən körpüdür. Digər 3 körpünün olduğu kimi bu körpünün də istifadəyə verilməsi geniş mərasimin təşkili ilə qeyd olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyinin sədr müavini Əvəz Qocayev , inşaat-mühəndis işçiləri, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.  Əvvəlki Körpü ötən əsrin 60-cı illərində inşa edilib və istismar müddətinin başa vurduöuna görə qəzalı vəziyyətdə idi.
Layihəyə uyğun olaraq hər 4 körpüyə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir. Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla bütün tikinti quraşdırma işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

Keçidlər