İdman sahəsində əldə etdiyi nailiyyətlərə görə bir sıra idmançılar təltif olundu
Bu gün Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında rayonun rəhbərliyi ilə yeniyetmə və gənc idmançılarının görüşü keçirilmişdir. . Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev imzaladığı müvafiq sərəncamə əsasən İdman sahəsində əldə etdiyi nailiyyətlərə görə bir sıra idmançıları “Fəxri Fərman” və müxtəlif hədiyyələrlə təltif etmişdir. Tədbirdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məşqçilər və valideynlər iştirak edirdilər. İcra başçısı görüşdə ölkəmizdə idmana və gənclərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs etdi. Təltif olunan idmançılar Dursunov Yusif Nurəddin oğlu, Mustafayeva Afaq İsə qız, Qurbanov Heydər Nəsib oğlu, Qarayev Surət Nemət oğlu, İsmayılov İbrahim Faiq oğlu, Qurbanov Cəlal Anar oğlu bildirdilər ki, onlara göstərilən bu cür diqqəti yüksək etimad kimi qiymətləndirirlər və bu etimadı doğrultmaq üçün daha böyük səylə məşqlərə, yarışlara qatılacaqlar. Dövlətimizi və xalqımızı beynəlxalq arenalarda layiqincə təmsil edərək müstəqil bayrağımızın dalğalandırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini xüsusi ilə qeyd etdilər. Sonda xatirə şəkli çəkdirildi.