Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il bayramı ərəfəsində rayon Mərkəzi bazarında

30 dekabr 2017 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qarşıdan gələn Yeni il bayramı ərəfəsində rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə rayon mərkəzi bazarında oldu. Bayram ərəfəsində bazardakı ümumi vəziyyətlə yaxından tanış oldu. Vətəndaşlara göstərilən xidmətlərlə maraqlandı. Satıcılar bildirdilər ki, hər il olduğu kimi bu ildə bayram qabağı alış-veriş çox yüksək səviyyədədir. Alıcılıq qabiliyyətinin yüksəlməsi nəzərə alınaraq tələbə uyğun təkliflərin balanslaşdırılması üçün daha çox məhsulların bazara çıxarıldığını qeyd etdilər.  İcra başçısı bildirdi ki, istənilən halda vəziyyətdən heç kim istifadə etməməlidir və süni qiymət artımı yol verilməzdir. 

Keçidlər