Valideyin himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirildi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə bayramı münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilmişdir. Bayram tədbiri Ağstafa rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının təşəbbüsü ilə ilə partiyanın rayon təşkilatının inzibati binasında təşkil olunmuşdur.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, uşaqların yaxın qohumları, rayonun müvafiq təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir. İcra başçısı valideyin himayəsindən mərhum olmuş uşaqlara göstərilən yüksək dövlət qayğısından danışaraq onların hər zaman diqqət mərkəzində olduqlarını bildirdi. Uşaqların ifasında bayram mahnıları və şerlər səsdləndirildi. Tədbirin sonunda bayram sovqatı paylanıldı və xatirə şəkilləri çəkdirildi.