Ağstafada sağlamlıq imkanları məhdud olan uşaqlara bayram sovqatları paylandı
28 dekabr 2017 | 11:00
Ağstafa rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının təşkilatçılığı ilə rayonun yaşayış məntəqələrində sağlamlıq imkanları məhdud olan uşaqlarların yaşadıqları evlər ziyarət olunmşudur. Rayon İcra hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının məsul işçiləri və şaxta babanın müşaiyəti ilə keçirilən tədbirdə uşaqlarla və ailələri bayram münasibəti ilə təbrik olundu. Valideynlər onlara göstərilən bu cür diqqətə görə dərin minnətdarlıqlarını ifadə etdilər.