Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa: 2017-ci il uğurlar ili.. 2018-ci ildə daha böyük uğurlara doğru...

04 yanvar 2018 | 11:00

      Yola saldığımız 2017-ci ilin yekunlarına əsasən  Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biri kimi yadda qaldı. Belə ki, bu ildə dünyada baş verən toqquşmalar, qarşıdurmalar və qanlı müharibələrin getdikcə alovlandığı bir zamanda Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirdi, davamlı sabitliyi qoruyub saxladı və beynəlxalq təşkilatlarda uğurla təmsil olundu. Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini gündən-günə möhkəmləndirməkdədir. Təbii ki, ölkəmiz adına bütün sahələrdə olduğu kimi bu istiqamətdə də əldə olunan nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. 2017-cı il həmçinin iqtisadi islahatlar və dövlət idarəçiliyində yeni-yeni institutların yaradılması ilə yanaşı sahibkarlığın inkişafı və yerlərdə yeni biznes layihələrinin icrasının artması ilə yadda qaldı. 

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 oktyabr 2016-cı ildə  Ağstafa rayonuna növbəti səfərini etmişdir. Səfər çərçivəsində möhtərəm Prezidentimiz əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub, “Modern” mebel fabrikinin, Ağstafa şəhər Musiqi Mərkəzinin açılışlarında  iştirak edib, Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib, “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib.

Beləliklə dövlət  başçısının 2016-cı ildə Ağstafa rayonuna etdiyi növbəti səfər qarşıdan gələn illərdə Ağstafa rayonunun bütün istiqamətləri üzrə inkişaf perspektivinin sözün əsil mənasında təməlini qoymuş oldu. Belə ki, dövlət başçısının müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq 2016-cı ili Ağstafanın sənayeləşməsi ili kimi təsdiq olundusa , yola saldığımız ötən 2017-ci il isə Ağstafanın yol-nəqliyyat  infrastrukturunun əsaslı şəkildə yenidən qurulması ili kimi tərixə qovuşaraq yaddaşlara həkk olundu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yol haqqında söylədiyi  “Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.” kəlamına təkrar-təkrar nəzər saldıqca dərk etmək olur ki, “Yol” nə qədər böyük mənaya malikdir.  Bəli bu gün xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafada yol, iqtisadiyyat, mədəniyyət, bir sözlə firavan həyat görmək mümkündür. Geniş mənada yola saldığımız 2017-ci ili Ağstafa rayonu üçün  abadlıq-quruculuq, sosial infrastruktur layihələrinin icrası, sahibkarların yerlərdə biznes layihələrinin həyata keçirməsi və yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi kimi xarakterizə etmək olar. Tarixə qovuşan 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı yenidən qurulması kimi yaddaşlara həkk olundu. Belə ki, Ümumi uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər Eynallı-Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq, 9,8 km uzunluğunda Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yolları yenidən qurularaq ağstafalılarının istifadəsinə verildi. 

Eyni zamanda rayonun yol-nəqliyyat sisiteminin yenidən qurulması işləri çərçivəsində  34 metr uzunluğunda Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində, Ağstafaçay üzərində 81 metr uzunluğunda, Acıdərəçay üzərindən 64 metr uzunluğunda, Kür çayı üzərindən 184 metr uzunluğunda yeni körpülərin inşası işləri tamami ilə yekunlaşdırıldı.  Vurğun-Köhnəqışlaq avtomobil yolu üzərindən bir yeni körpü inşa olundu, biri isə əsaslı təmir olundu. Yaşayış məntəqələrinin mavi qazla təmin olunması artıq 100%-ə çatmaq üzrədir. Belə ki, bu il Muğanlı, Sadıqlı və rayon mərkəzindən 53 kilometr uzaqda yerləşən Ağgöl kəndlərinə ilk dəfə təbii qazın verilməsi ilə  39 yaşayış məntəqəsindən 38-i qazlaşdırılmış oldu.  Bu isə o deməkdir ki, yaxın zamanda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin edilmiş rayon olacaqdır.

2017-ci il Ağstafa təhsili üçün də əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli,  “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq həmin əsaslı yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinəverilmişdir.

Həmçnin rayonun cəbhə bölgəsində yerləşən Köhnəqışlaq kənd tam orta mətkəbi üçün də inşa olunmuş  müasir tipli 108 şagird yerlik məktəb binası da tam hazırdır və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

2017-ci ildə rayonun məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan tədbirlər də uğurla icra olunmuşdur. Belə ki, 35 uşaq yerlik Aşağı Kəsmən kənd körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunmuş, 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı yenidən qurulmuşdur, 75 uşaq yerlik Ağstafa şəhər  2 saylı körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri isə son tamamlama mərhələsindədir.

Xatırladaq ki, buna qədər son illərdə Ağstafada ən müasir tələblərə cavab verən  beş yeni  körpələr evi-uşaq bağçası inşa olunmuş və beşi isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.2017-ci ildə rayonun məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan tədbirlər də uğurla icra olunmuşdur. Belə ki, 35 uşaq yerlik Aşağı Kəsmən kənd körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunmuş, 35 uşaq yerlik Göycəli kənd körpələr evi-uşaq bağçası əsaslı yenidən qurulmuşdur, Ağstafa şəhər 75 uşaq yerlik 2 saylı körpələr evi-uşaq bağçasında aparılan əsaslı təmir işləri isə son tamamlama mərhələsindədir. Xatırladaq ki, buna qədər son illərdə Ağstafada ən müasir tələblərə cavab verən  beş yeni  körpələr evi-uşaq bağçası inşa olunmuş və beşi isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Bu il də dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq Ağstafa məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara qoşuldular. 

Belə ki, mart ayının 24-dən etibarən ağstafalı məktəblilər dörd gün ərzində Qəbələ, Şəki, Zaqatala rayonlarına və noyabr ayının 11-dən etibarən isə dörd gün müddətinə Lənkəran, Masallı, Astara rayonların səyahət etmişlər. Rayonun məkəbəqədər təhsil sahisəsində də görülən işlər uğurla icra olunur. Hazırda Göycəli kənd körpələr evi-uşaq bağçasında aparılan əsaslı yenidənqurma işləri tamamlanmışdır. 35 uşaq yerlik və 2 qrupdan ibarət olan uşaq bağçası ən müasir inventar və avadanlıqlarla təchiz olunub. Binanın dam örtüyü, qapı və pəncərələri, döşəmə və tavanı, kommunikasiya xətləri yenilənib. Qrup, yataq, metodist və tibb otaqları, yemək, oyun, tədbir zalları, yeməkxana, mətbəx, sanitar qovşaq, camaşırxana otaqları müasir tələblərə uyğun əsaslı təmir olunub, müasir istilik sistemi quraşdırılıb. Həyətinə və kəndin istirahət parkı ilə binaya gedən yola asfalt örtüyü qoyulub, istirahət guşəsi yaradılıb. 

Ağstafalılar dövlətimizin Ağstafa səhiyyəsinə göstərdiyi yüksək diqqət və qayğının bu il də hiss etmiş oldular. Belə ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binası əsaslı yenidən qurularaq ağstafalıların istifadəsinəverildi.

Bina ən müasir son texnoloji səhiyyə avadnlaıqları ilə təchiz olunmşdur.

Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar  rayon əhalisi tibbi müayinədən keçirilmişdir.

Həmçinin 10.04.2017-ci il tarixdə Yaponyanın Azərbaycandakı səfiri  Teruyuki Katori də iştirak ilə yeni inşa edilmiş Saloğlu qəsəbə Tibb məntəqəsinin açılış mərasimi keçirilmişdir.  

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb. 

Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evi  Ağstafa rayonunda təsis edilməsi Ağstafaya və ağstafalılara dövlətimiz tərəfindən göstərilən növbəti yüksək diqqət və qayğı olmaqla yanaşı eyni zamanda  böyük etimaddır. Fəliyyətə başlayacaq Regional Bilik Evi həm gənclərimizin savadlanması, müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi baxımından vacib rol oynayacaqdır.

20117-ci ildə “Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhər küçələrinin və çoxmənzilli yaşayış binalarının təmiri çərçivəsində  tədbirlər uğurla icra olunmşudur.

Belə ki, Ağstafa şəhərinin Cəfər Cabbarlı və bu küçədə yerləşən  5  çoxmənzilli kommunal yaşayış binaları da təmir olunmuşdur, eyni zamanda Nizami və İsa Hüseynov küçələri yenidən qurularaq şəhər sakinlərinin istifadəsinə verilmişdir. Küçələrə yeni asflat qatının qoyulması ilə yanaşı sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün səkilərə dekorativ daşlar düzülmüş, uşaq arabalarının və velosipedlərin hərəkəti nəzərə alınmışdır. Müasir tipli işıqlandırma sistemi quraşdırılmış, telekommunikasiya xətləri qaydaya salınmışdır. Növbəti il də Ağstafa şəhərinin İ.Rəhimov, A.Ələsgər, M.Mustafayev, Q.Kərəm, H.Aslanov küçələrinin də təmiri işləri planlaşdırılır.

Ağstafa şəhəri S.Vurğun küçəsində yerləşən 8 ailəlik 23 nömrəli bina, Ş.Qurbanov küçəsində yerləşən 5 mərtəbəli 23 və 24 nömrəli, Ağstafa şəhəri Heydər Əliyev prospekti döngə 1-də yerləşən 16 ailəlik,   Rafiq Alıcanov küçəsi döngə 2-də yerləşən şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunmuş 4 mərtəbəli, 32 mənzilli çoxmənzilli yaşayış binalarında təmir-tikinti işləri aparılmışdır.  

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına uyğun olaraq, Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq, yeni xalça istehsalı müəssisəsinin tikintisi qərara alınmışdır. Belə ki, Rayonda “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisi tam yekunlaşdırılmışdır. Ağstafa şəhəri H.Arif küçəsində  0,50 hektar ərazidə inşa olunan müəssisədə 150 nəfər daimi işlə təmin olunacaqdır.

Ağstafa rayonu üçün ənənəvi təsərrüfat sahələrindən biri də baramaçılqdır. Dövlət başçısının bu sahənin də inkişafına dair verdiyi tapşırıq və göstərişləri  ciddi nəzarətdə saxlanılır. Bekə ki, ipək qurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılmışdır. Ümumilikdə Ağstafanın aqrar sahəsi bu il də ciddi nəzarətdə saxlanılmışdır. Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq 500 ha sahədə şəkər cuğunduru becərilmişdir. Bu il əvvəlcədən planlaşdırıldığı kimi rayonda bol taxıl məhsulu  əldə olunmuşdur.

Rayon ərazisində tut tinglərinin əkin işləri aparılır. 02 dekabr  2017-ci il tarixdə  rayonun Eynallı kəndinin 4,0 hektar ərazisində 3 min ədəd tut tingi əkilmişdir. Cari ilin may ayının əvvəlində 70 qutu, 1330 qram barama toxumu gətirilərək  iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Bu isə ötən illə müqayisədə Ağstafada barama istehsalının iki dəfə artırılması deməkdir. Növbəti illərdə barama istehsalı həcminin daha da artırılması nəzərdə tutulur. Kənd təsərrüfatının inkişaf etdirilməsi işləri çərçivəsində həmçinin rayon ərazisində 500 ha ərazidə şəkər çuğunduru becərilmişdir. 

2017-ci ildə regionda və respublikanın digər şəhər və rayonlarında yaşayan sahibkarların iştirakı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda biznes forum keçirilmişdi.  

Qeyd olunmuşdur ki, Ağstafa biznes layihələrinin tətbiqi üçün açıqdır. Bu tədbirdən sonra Ağstafada bir neçə layihənin icrasına start verilmişdir.

12.5 ha torpaq sahəsində yaradılan “Karvan-L”Eko sənaye parkında "EKO Keramit" dam örtüklərinin istehsalı zavodunun tikintisində son tamamlama işləri aparılır.   Müəssisənin istehsal gücü sutkada 500 kv. metrdir.

 

Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2018-ci ilin mart ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”zavodlarıdır.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.

         Ağstafa rayonunda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabrikinin yaradılmışdır. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfər daimi işlə təmin edilib. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

Hazırda “Venzana” mebel fabrikinin tikintisi istiqamətində işlər davam etdirilir. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub.Hazırda istehsal olunan məhsullar xarici bazarlara çıxarılıb. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel satış mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  tapşırığına əsasən Ağstafa şəhərində  inşa olunmuş  “Akkord Tekstil”  fabrikində aylıq  15000 ədəd köynək istehsal edən yeni istehsal sexi yaradılmışdır. Artıq  “Akkord Tekstil” MMC- nin istehsal etdiyi köynəklər İtaliyanın “Elle Elle SRL”  şirkəti vasitəsi ilə İtaliyaya,  eləcə də Türkiyənin bir çox firmalarına “Made in Azerbaijan” yazısı ilə ixrac edilir. İtaliyan şirkətinin  nümayəndələri  ilə aylıq 5000 ədəd köynək  ixracına dair müqavilənin imzalanmışdır. 

 Məlum olduğu kimi İtalyanın  “Elle-Elle” şirkəti ilə əməkdaşlıq edən tekstil fabrikinin məhsulları  artıq  “Made in Azerbaijan”  yazısı ilə avropaya ixrac olunmaqdadır., İtalyanın  “Elle-Elle” şirkəti ilə 50 min ədəd köynəyin ixracına dair rəsmi müqavilənin bağlanmışdır ki, bu da  “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklərin “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect”  və bu kimi digər məşhur  ticarət markaları ilə yerli və xarici bazarlarda təmsil olunmasına səbəb olacaqdır. Bu gün həmçinin əlavə olaraq daha on min ədəd köynək   İtaliyaya  yola salınmışdır. 

Rayonda bu il Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi həyata keçirilmişdir.

Poylu qəsəbəsi ərazisində Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə tikinti dəhlizinin  Kür çayı ilə kəsişməsində boru kəmərinin inşası üçün  mikrotunelin tikintisinə başlanmışdır. Genişlənməyə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda  iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Bu, kəmər vasitəsilə ixrac olunan qaz həcminin  üç dəfə artaraq ildə 20 milyard kubmetrə çatması ilə nəticələnəcək. Gürcüstan və Türkiyə sərhəddində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq.  Layihə Ağstafa rayonu üzrə 14 kəndi əhatə edəcək. Torpaqayırma prosesində 500 ə yaxın təsərüfata kompensasiya ödənilmişdir.   Ağstafa rayonunun ərazisində 2 (Saloğlu kəndində və Poylu qəsəbəsində) boru anbarı fəaliyyət göstərir. Azərbaycanın rayonlarının arasında yalnız Ağstafa rayonunun ərazisində mikro –tunel əməliyyatı aparılacaq. Saloğlu və Poylu boru anbarlarında işləmək üçün həmin anbarlara yaxın yerləşən kəndlərdən işçilər işə cəlb olunmuşdur.  Kəmər çəkilişi işləri üçün həmçinin layihə təsiri altına düşən sakinlərdən işə götürmə prosesi davam edəcək.

2017-ci il həmçinin Ağstafaya xarici rəsmi qonaqların səfərləri ilə də yadda qaldı. Belə ki, İsrail Dövlətinin  Azərbaycandakı Səfiri cənab Dan Stavın Ağstafa rayonuna səfər etmişdir.

Səfiri Missiya rəhbərinin müavini xanım Avital Rozenberq, Səfirliyin İctimai Diplomatiya Məsələləri üzrə köməkçisi xanım Sahilə Mustafayeva müşayiət etmişlər.   Dan Stavın Ağstafa rayonunun istehsal müəssisələri ilə yanaşı yol infrastrukturunun, mədəniyyət və istirahət parklarının, mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

14 noyabr 2017-ci il tarixdə Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafa rayonu ilə tanışlıq proqramı çərçivəsində Ağstafaya  səfər etmişlər.  

Nümayəndə heyətinin rəhbəri Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni, Dovole Adamonite- Birştonas Şurasının katibi, Roma Jentyavlen-Birştonas Bələdiyyə Şurasının üzvü, Daryus Şyaşkviçyus- Birştonas Bələdiyyə Şurasının üzvü, Uovita Tirvene-Strateji planlaşdırma və İnvestisiya şöbəsinin rəisi və Alvidas Urbanoviçyus-  Birştonas Gimnaziyasının  direktoru müşayiət etmişlər.  İki tərəfli əməkdaşlıq Ağstafa və Briştonasın sosial-iqtisadi, mədəni həyatında mühüm rol oynayacaq.

Cari ildə Ağstafa rayon İHB tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində 46 səyyar qəbul görüş keçirilmiş və  əksər hallarda sakinlərin qayğılarının yerində həll olunamsına nail olunmuşdur.
2017-cı ili Ağstafa rayonu yüksək iqtisadi və sosial göstəricilərlə başa vurur. Cari ildə əldə olunan nəticələr qarşıdakı illərdə rayonda daha böyük nailiyyətlərin əldə olunacağına inam verir. Ağstafa rayon sakinləri, hər bir ağstafalı inanır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 2018-ci il xalqımıza daha böyük qələbələr bəxş edəcəkdir.

Keçidlər