Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndənin hesabat yığıncağı keçirildi

10 yanvar 2018 | 11:00

      10 yanvar 2018-ci il tarixdə Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndənin hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəsi Pərviz İsmayılzadə “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etdi.
       Sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev çıxış edərək bildirdi ki, Azərbaycanın sürətli və dinamik inkişaf xəttini müəyyən edən Ulu öndər Heydər Əliyevin siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü Azərbaycan tarixinin bütün əvvəlki illəri ilə müqayisə etdikdə, qısa bir zaman kəsiyində bir əsrə sığmayan və reallaşdırılması heyrət doğuran misilsiz quruculuq işlərinin şahidi oluruq.
         2017-ci ildə Ağstafa rayonunda bütün sahələrdə tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir. Görülən işlər nəticəsində şəhərin siması dəyişmiş və rayona gələn tiristlərin sayında artım olmuşdur. Ə. Məsmalıyev qeyd etdi ki, son illərdə Ağşağı Kəsəmən kəndində bir çox layihələr, o cümlədən Körpələr Evi-Uşaq Bağçası, Tibb Məntəqəsinin tikintisi, suvarma su arxlarının betonlaşdırılması, Xətai, Aşağı Kəsəmən və Zəlimxan avtomobil yolunun asvaltlanması və yeni artezian quyularının qazılması uğurla həyata keçirilmişdir.
         Daha sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva və kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova çıxış edərək görülən işlərə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnatdarlıqlarını bildirdilər.

Keçidlər