Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları davam edir

11 yanvar 2018 | 11:00

Ağstafa rayonunda yerli İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir. Bu gün rayon İcra hakimiyyəti başçısının Köçəsgər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi. Tədbir Köçəsgər kənd 1 saylı  tam orta məktəbinin akt zalında təşkil olunmuşdur. Hesabatda rayon İcra hakimiyyətinin başçısının birinci müavini cənab Ramiz Tatarov, RİHB-nın hüquq şöbəsinin müdiri Müşviq Hüseynov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elşad Bayramov kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə kəndin İcra nümayəndəsi Musa Murquzov yaşayış məntəqəsi haqqında geniş arayışla çıxış etdi, il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışdı. Qeyd olundu ki, hesabat ilində Ağstafa-Köçəsgər avtomobil yolu yenidən qurulmuş,ərazidə bir ədəd subartezian quyusu istismara verilmiş,  sakinlərin içməli su ilə təmin edən su xəttində təmir işləri aparılmış, yeni məhəllədə yollar təmir edilmiş  işıq, qaz təminatı  normasında tənzimlənmişdir.
Daha sonra rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov  çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya göstərdiyi xüsusi qayğının və verdiyi tapşırıqların nəticəsidir ki, bu gün rayonumuz  sürətlə sənayeləşərək sənaye rayonuna çevrilməkdədir, 2017-cı il Ağstafa rayonu üçün növbəti uğurlu il kimi yadda qaldı, rayonunda bütün sahələrdə tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir
Hesabat yığıncağında bir sıra kənd sakinləri də dinlənildi.  Tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər