Rayonun 4 İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilmişdir
2018-ci ilin 12 yanvar tarixində rayonun Qırılı, Zəlimxan, Eynallı kəndlərində və Vurğun qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Qırılı kənd nümayəndəliyində iştirak edən Ağstafa rayon İcra hakimiyyəti Başçısının Birinci müavini Ramiz Tatarov çıxışında qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi altında 2017-ci ildə də Azərbaycan bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə etmişdir. 2017-ci ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olmuş, investisya fəallığı yüksək səviyyədə qalmışdır. Bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəticəsində əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə aqroparklar və iri təsərrüfatlar yaradılmışdır. Ölkə iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da güclənəcəkdir.
Rayonmuzda elə bir sahə yoxdur ki, inkişaf etməsin. Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza diqqət və qayğısı çox böyükdür. Son illər cənab Prezidentin göstərişi ilə yeni məktəblərin, sənaye və sosial yönümlü obyektlərin, Ağstafa rayonunda asfalt yolların çəkilməsi, 4 avtomobil körpüsnün inşası, abadlıq quruculuq işləri bu qayğının parlaq təzahürüdür.
Sonra İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənildi və sakinlərin sualları cavablandırıldı.
Tədbir işgüzar şəraitdə keçdi.