2017-ci ilin yekunlarına dair növbəti hesabat yığıncaqları keçirilmişdir.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının Poylu, Muğanlı, Xətai, Qarayazı, Qıraq Kəsəmən kənd və Poylu qəsəbədə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017–ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.
Poylu, Muğanlı, Qaçaq Kərəm, Qarayazı kənd və Poylu qəsəbədə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabat yığıncağında bildirilmişdir ki, 2017-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat lahiyələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2017-ci ildə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir.
Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Ramiz Tatarov Poylu kəndində İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017–ci ilin yekunlarına dair hesabat yığıncağında 2018-ci ildə qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə işləməyin lazım olduğunu bildirmiş və bu işdə hamıya yeni-yeni uğurlar arzulamışdır.