Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümü qeyd olunur

18 yanvar 2018 | 11:00

           Ağstafa rayon İcra hakimiyyəti başçısının Sərəncamına müvafiq olaraq rayonun idarə, müəssisə və təşkilatlarında Qanlı 20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümünü qeyd olunur. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatında, Rayon Mərkəzi Xəstəxanasında, Rayon Təhsil Şöbəsində, şəhər 1 və 2 saylı tam orta məktəblərində eləcə də Ağstafa Suvarma Sistemləri idarəsində,  sil-silə tədbirlər keçirilmişdir. Hadisələrin bir başa Azərbaycan xalqının milli-azadlıq yolunda mübarizlik və dözümlülük iradəsinin qırılmasına yönəldiyi bir zamanda  ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciəni respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Tədbirlərdə 20 yanvar faciəsinin törədilməsinin tarixi səbəbləri barədə mühazirələr söylənilmiş və 20 Yanvar faciəsinə həsr olunmuş filmə baxış olmuşdur.

Keçidlər