Şriftin ölçüsü :

Saytın rəngi :

Pirili kəndində növbəti səyyar qəbul-görüş

29 mart 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Məmmədov Pirili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Saqif Əliyev Şəhid Məcid Əhmədovun abidəsinin yenidən qurulması və ətrafının abadlaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
2. Səyyarə Hüseynova kəndin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
3. Azər Əhmədov Pirili kəndinin giriş hissəsində olan məişət tullantılarının yığılması və daşınmasını xahiş etdi.
4. Səfurə Nəsibova Pirili kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.
5. Raqif Mehralyev iş yerlərinin açılmasının vacibliyi barədə danışdı.
6. Şəhadət Abdullayev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Nərminə Axundova kəndə təbii qazın verilməsinin sürətləndirilməsini xahiş etdi.
8. Azər Məmmədov Ağstafa çayının sol sahilində yerləşən 6495 nəfər əhalinin istifadə etdiyi avtomobil körpüsünün əsaslı təmir edilməsini təklif etdi.
9. Elman Mirzəyev uşaq baxçasının əsaslı təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Gülarə İsmayılova ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
11. Hacı Əhmədov suvarma ana arxlarının təmizlənməsini xahiş etdi.
12. İlham Məmmədov əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün kənddə elektron tipli ATS-in quraşdırılmasını təklif etdi.
13. Məmməd Nuriyev Poylu qəsəbə - Kolxəlfəli – Pirili - Düzqışlaq avtomobil yolunun yenidən qurulmasının bölgə üçün nə qədər əhəmiyyətli olmasından danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələri üçün əhəmiyyətli olan Poylu qəsəbə-Kolxəlfəli-Pirili-Düzqışlaq avtomobil yolunun yenidən qurulması ilə əlaqədar hazırda layihələndirmə işləri aparılır.  Bildirildi ki, Pirili kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsi məsələsinə növbəti ildə baxılması nəzərdə tutulur.         
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər