Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar tədbirlər davam etdirilir

19 yanvar 2018 | 11:00

          20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq 19 yanvar 2018-ci il tarixdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində,  Ağstafa Telekommunikasiya Qovşağında və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində tədbirlər keçirilmişdir.  Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Qeyd olunmuşdur  ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə 20 yanvar faciəsinin 28-ci il dönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.
 

Keçidlər