Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

20 yanvar 2018 | 11:00

20 yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə Ağstafa rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Anım tədbirində rayon İcra hakimiyyəti başçısının birinci müavini cənab Ramiz Tatarov, rayonun  hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Anım tədbirində Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin  önünə rayon İcra hakimiyyətinin başçısı aparatı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoymuş, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzülmüş, ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Anım tədbirində həzn musiqi sədalarının müşaiyəti ilə şəhidlərin qəhrəmanlığını vəsf edən şerlər söylənilmişdir.  Həmçinin bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri də ziyarət edilmişdir. 

Keçidlər