Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam dinində vətənə və xalqa sevgi ” mövzusunda seminar-müşavirə keçirildi.

24 yanvar 2018 | 11:00

24 yanvar 2018-ci il tarixdə Ağstafa şəhər Texniki-humanitar təmayüllü liseydə “İslam dinində vətənə və xalqa sevgi” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə yerli dini icmanın üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və gənclər iştirak etmişdir.
           Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının  Konstitusiyası və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən qurulur. Qeyri ən-ənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizi radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir
         Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  əməkdaşları Namiq Talıbov və Rasim Tağıyev çıxış edərək bildirdilər ki, Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edir.
 

Keçidlər