Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin 2017–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Bu gün Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə rayonun Aşağı Göycəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2017- ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Hesabat iclasında çıxış edən Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu ilin keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir: ”Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub. Həmçinin Rayon İcra hakimiyyətinin başçısı ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı: “Son illərdə Ağstafa rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, sənaye müəsisələri yaradılmış, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Hesabat məruzəsi ilə çıxış edən Ağstafa rayon İcra Hakimiyyəti başçısının Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi E.İsmayılov hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi. İl ərzində qəsəbədə görülən işlərdən danışan E.İsmayılov bildirib ki, hazırda kənddə 623 şəxsi təsərrüfat vardır. Kənd əhalisinin sayı bu il 25 nəfər artaraq 2337 nəfər olmuşdur. Mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib. Daha sonra kənd sakinlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi. Cari ildə nümayəndəliyin qarşısında duran əsas vəzifələr müəyyən edildi. Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.