Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər Gününə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirildi

30 yanvar 2018 | 11:00

2 fevral Gənclər Günü münasibəti ilə Ağstafa rayon İcra hakimiyyətinin təşəbbüsü  və  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağstafada silsilə tədbirlər keçirilir. Dövlət başçımızın müvafiq Sərəncamı ilə əsaslı yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəbin idman zalında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışda Ağstafa, Qazax, Tovuz rayonlarından yüz nəfərədək  yeniyetmə və gənc güləşçilər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov qeyd etmişdir ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Məhz Ulu Öndər  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi.
Çıxışlardan sonra yarışa start verildi. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə görə komanda hesabında Qazax rayonu 1-ci, Ağstafa rayonu 2-ci və Tovuz rayonu 3-cü yerə layiq görüldü. Qaliblər müvafiq medal və diplomlarla təltif olundular. Sonda idmançılarla xatirə şəkilləri çəkdirildi.

Keçidlər