Ağstafada 2 fevral Gənclər Günü qeyd olundu
Bu gün Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında yerləşən “Yazıçılar Evi” ndə 2 fevral Gənclər Günü ilə əlaqədar geniş bayram tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstləri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbirdə gəncləri təbrik edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. 02 fevral 1996-ci il tarixdə Azərbaycan gənlərinin birinci forumu və ulu öndər Heydər Əliyevin gənclərlə ğörüşü azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlər quruculuğu prosesinin uğurla həyata keçirilməsi, vahid gənlər siyasətinin işlənib hazırlanmasının vacibliyini ortaya qoydu və aidiyyatı dövlət strukturları qarşısında konkret vəzifələr müəyyənləşdirildi. Bu vəzifələr dövlətin gənclər siyasətinin düzgün icrasından, yüksək vətənpərvərlik tərbiyyəsinin formalaşdırılmasından, idmanın inkişafından, Azərbaycanın qüdrətli dövlətə cevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi və bütün bunlar üçün sosial-iqtisadi şəraitin yaradılmasından, gənclərin dünyaya inteqrasiyası və vətənpərvərlik tərbiyyəsindən ibarət idi. Ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində azərbaycanın gələcəyi ücün vacib olan hərbi kadırların yetişməsi məqsədilə hələ sovetlər dönəmində bu sahənin vacibliyini nəzərə alaraq 1971-ci ildə Cəmşid Naxcıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Peşakar azərbaycanlı hərbicilər yetişdirildi və Qarabağ münaqişəsi zamanı Milli ordumuzun yaranmasında həmin hərbi kadırlardan istifadə olundu. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir gənclərin forumunun keçirilməsi, ölkədə gənlər gününün təsis olunması, onların problemlərinin həllinə yönələn cox saylı fərman və sərəncamların imzalanması və gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi reallığa cevrildi.
Məhərrəm Quliyev daha sonra 2017-ci il ərzində öz sahələrində fərqlənən bir qrup gənci rayon İcra Hakimiyyəti başçısının müvafiq “Fəxri Fərman”ları ilə təltif etdi.
Sonra Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Feyruz Həsənov, “Ağstafa” qazetinin baş redaktoru İbrahim Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, məşqçi müəllim Namiq Həsənov, Qıraq Kəsəmən kənd tam orta məktəbinin direktoru Oruc Hüseynov, Texniki Humanitar Təmayüllü liseyin müəllimi Afiyət Tagıyeva çıxış edərək bildirdilər ki, rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rayon gənclərinin fəal iştirakının təmin edilməsi, onların vətənpərvərlik, azərbaycançılıq, milli dövlətçilik ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev parkında Gənclər Mərkəzi, Payintbol və Atıçılıq Mərkəzi, Mini futbol idman meydançası, Tarixi və Müasir Abidələr parkı tikilib istifadəyə verilmişdir ki, bu da gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, hərbi vətənpərvərlik tərbiyyəsinin aşılanmasına, onların məşğulluğunun artırılmasına, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılmasına geniş imkanlar yaradır. Ağstafa gəncləri üçün yaradılan bu cür yüksək şərait və yüksək qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir geniş konsert proqramı ilə davam etdirildi.