Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi.

02 fevral 2018 | 11:00

Ağstafa rayonunda yerli İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir. Bu gün rayon İcra hakimiyyəti başçısının Dağ Kəsəmən  kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi. Tədbir Dağ Kəsəmən kənd 1 saylı  tam orta məktəbinin akt zalında təşkil olunmuşdur. Hesabatda rayon İcra hakimiyyətinin başçısının birinci müavini Ramiz Tatarov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov,  RİH aparatının bir sıra məsul işçiləri,  eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə kəndin İcra nümayəndəsi Fazil Bayramov 2017-ci il ərzində kənddə görülmüş işlərə dair geniş hesabat verdi.  Qeyd olundu ki, 1738  təsərrüfatı, 7392 nəfər əhalisi, 4766 seçicisi olan kəndin əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıqdır. 2016-2017-ci təsərrüfat ilində əkilmiş 415 Ha taxıl sahəsinin hər hektarından 29 sentner məhsul əldə olunmuşdur.
Daha sonra rayon İcra hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarov  çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya göstərdiyi xüsusi qayğının və verdiyi tapşırıqların nəticəsidir ki, bu gün rayonumuz  sürətlə sənayeləşərək sənaye rayonuna çevrilməkdədir, 2017-cı il Ağstafa rayonu üçün növbəti uğurlu il kimi yadda qaldı, rayonunda bütün sahələrdə tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, Ağstafa  respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir. Yeni  sənaye müəssisələrinin, fabriklərin, məktəb binalarının, körpülərin, asfalt yolların (ümumilikdə 156 km.)  salınması rayon üçün 2017-ci ilin uğurudur.
Hesabat yığıncağında kənd ictimaiyyətinin nümayəndələri  Mahir Nəbiyev, Elza Qafarova, Təranə Alməmmədova, Qəmər Yusifova çıxış edərək 2017-ci ildə rayonda, eləcə də Dağ Kəsəmən kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər