Şriftin ölçüsü :

Saytın rəngi :

Təmir olunan binalara baxış keçirildi və sakinləri narahat edən məsələlər öyrənildi

03 fevral 2018 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Görülən işlər çərçivəsində həmçinin çoxmənzilli yaşayış binaları təmir olunur, ətrafda abadlıq işləri həyata keçirilir. Belə ki, binaların dam örtükləri tamamilə yenidən qurulur, qapı və pəncərələri müasir tələblərə uyğun yenilənir, pilləkən qəfəsələri əsaslı təmir olunur, köhnə suvaq qatları yenisi ilə əvəz olunaraq rənglənir, kommunikasiya xətləri səliqəyə salınır, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılır, binalar və ətrafları müasir işıqlandırma sistemi ilə təchiz olunur, əraziyə brusçatka tipli döşəmə daşları düzülür, sakinlərin dincəlmələri üçün müvafiq istirahət guşələri yaradılır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə təmir olunmuş  Ağstafa şəhəri Heydər  Əliyev prospekti döngə 1-də  yerləşən 16 ailəlik və döngə 2-də yerləşən 20 ailəlik çoxmənzilli yaşayış binalarına baxış keçirdi, binaların sakinlərini ilə görüşdü. Görüşdə İcra başçısı bildirdi ki, ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafada icra olunan sosial infrastruktur layihələr və həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində bütün çoxmənzilli yaşayış binalarının hamısı yaxın zamanda təmir olunmuş olacaqdır. Görülən bütün bu işlər Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının  nəticəsidir. Görüşdə iştirak edən binaların sakinləri görülən işləri yüksək qiymətləndirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər