Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib

12 fevral 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkə vətəndaşlarının növbəti dəfə pulsuz  tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar  Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. 
Belə ki, aksiyanın ilk günlərində  Köçəsgər, Dağ Kəsəmən və Muğanlı kəndlərinin, həmçinin Ağstafa rayon sakinlərinin bir qismi   tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədə səyyar həkim briqadası ilə birgə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri də iştirak etmişdir.
Azərbaycan dövlətinin sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Əhalinin reproduktiv sağlamlığının qorunması dövlətin sosial siyasətinin ən vacib sahələrindən biridir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir.

Keçidlər