Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Rus dili və ədəbiyyatı fənni üzrə 10-cu Respublika olimpiadası keçirilib

16 fevral 2018 | 11:00

Fevralın 15-də Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycanda tədrisin Rus və Azərbaycan dillərində olduğu orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə 10-cu  Respublika olimpiadası keçirilib. Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyinin və Ağstafa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Açılış mərasimi Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlanıb.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Valentin Denisov, xanım Lyubov Yakunina çıxış edərək Azərbaycanda rus dilinə olan böyük marağın olduğunu qeyd ediblər.
Olimpiadanın keçirilməsində əsas məqsəd rus dilini və rus mədəniyyətini şagirdlərə mənimsətməkdir.
Olimpiadada Ağstafa rayon məktəblərindən 170, Qazax rayon məktəblərindən 35, ümumilikdə 205 şagird iştirak edib.
Final mərhələsi test tapşırıqları və mətn üzrə şifahi danışıq olmaqla 2 hissədən ibarət olub.  Olimpiadanın yekununda şagirdlərə Rusiya səfirliyi tərəfindən sertifikatlar təqdim edilib.

Keçidlər