Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Ağstafaya səfər etdi

21 fevral 2018 | 11:00

Bu gün Almaniya Federasiyasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Ağstafa rayonuna səfər etdi. Cənab səfiri köməkçisi Yohan Hinc və tərcüməçisi Pərvanə Hadızadə müşayiət edirdilər. Rəsmi qonaqları rayon İcra hakimiyyəti başçısı aparatında Ağstafa rayon İcra hakimiyyətinin  başçısı cənab Məhərrəm Quliyev və müavinləri  qarşıladılar. Çay süfrəsi ətrafında keçən görüşdə ilk öncə cənab Məhərrəm Quliyev Almaniya rəsmilərinin Ağstafaya səfərlərinin rayon üçün əhəmiyyətli hal olduğunu bildirdi və bu səfərdən yüksək məmnunluğunu ifadə etdi. İcra başçısı rayonun tarixi, coğrafiyası və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ağstafada görülən genişmiqyaslı abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələr, son illər rayonda yaradılan sənaye, istehsal və emal müəssisələri və bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə geniş məlumat verdi.  Qeyd olundu ki, təkcə ötən il Ağstafaya 35 milyon manat investisiya cəlb olunmuşdur. 2011-2018-ci illərdə 7010 yeni iş yeri açılmışdır. Həmçinin cənab səfirə Böyük Vətən  Müharibəsi ərəfəsində Ağstafada yaşamış almanlar və onların yaşadıqları  Vurğun qəsəbəsi (Qrünfild), Həsənsu (Elizavetpol) və Xətai (Yelisyevka) yaşayış məntəqələri barədə də geniş informasiya verildi. Öz növbəsində Almaniya səfiri cənab Mixael Kindskrab isti qarşılanmaya və yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə etdi. Səfir qeyd etdi ki, məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasətin nəticəsidir ki, bu Azərbaycan Almaniyanın etibarlı strateji enerji tərəfdaşıdır. Almaniya Federasiyası bu gündə Azərbaycan dövlətinin xarici siyasətini dəstəkləyir və yüksək qiymətləndirir. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvo dəyişdirilməli və məsələ Azərbaycan tərəfinin xeyrinə sülh yolu ilə həll olunmalıdır. Cənab səfir qeyd etdi ki, Azərbaycanın rayonlarına səfər etməsində əsas məqsəd paytaxtda eşitdiklərini yerlərdə öz gözləri ilə görməsindən ibarətdir. Həmçinin Ağstafada dinamik inkişafı görmək və hiss etmək çox xoş təsurat bağışladı. Dəyirmi masa ətrafında keçən görüşün sonunda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev səfir Mixael Kindsqraba Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğuna aid buklet, kataloq və oranın ən yüksək zirvəsi olan “İlham Zirvəsi”nin rəmzi suvenirini təqdim etdi. Öz növbəsində səfir “Azərbaycanda Alman memarlarının izi.” adlı kitabı hədiyyə etdi. Səfərin rəsmi hissəsindən sonra tədbir iştirakçıları açıq səma altında ölkəmizin xəritəsi üzərində inşa olunmuş, coğrafiyasını və tarixini əks etdirən Azərbaycan parkını ziyarət etdilər. Sonra isə Ağstafa şəhərində fəaliyyət göstərən “Akkord” tekstil fabrikinin fəaliyyəti ilə və “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsinin icrası ilə yerində tanış olundu. “Akkord” tekstil fabrikində iş prosesi ilə yaxından tanış olan qonaqlara məlumat verildi ki, burada istehsal olunan köunəklər  “Made in Azərbaycan” yarlığı ilə bir sıra xarici ölkələrə, ö cümlədən İtaliya, Rusiya və Türkiyəyə ixrac olunur. Burada aparıcı xarici şirkətlərlə əməkdaşlığa əsasən istehsal olunan məşhur brendlərin sifarişləri qəbul olunur.  istehsal olunmuş məhsulların qiymətləri isə ən yüksək tələblərə cavab verməklə xaricdə istehsal olunandan qat-qat aşağı və sərfəlidir. Fabrikdə həmçinin səfirə köynək də hədiyyə olundu.  Daha sonra tədbir iştirakçıları “Ağstafa Aqroservis” MMC-də oldular. Ərazini xüsusi elektromobillərlə gəzərək  burada aparılan tikinti-inşaat işləri ilə yaxından tanış oldular. Məlumat verildi ki, Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı layihəyə uyğun olaraq  “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”  üç zavoddan   ibarət olacaq. Burada saatda 1,0  ton istehsal gücü olacaq  çörək və yarım fabrikatlar  sexi , saatda 25,0  ton istehsal güclü  toxum istehsal  zavodu, 30,0 min tonluq taxıl, 2,0 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, iki mərtəbəli  fasfud   iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılır. Ümumi sahəsi 2,0 min kvadratmetr olacaq fasfud  iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Layihə hazır olduqda  240 nəfər daimi işlə təmin ediləcəkdir.
Səfər işgüzar şəraitdə keçdi. Cənab səfir xoş təsuratlarla Ağstafa səfərini başa vurdu.

 

Keçidlər