Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

21 fevral 2018 | 11:00

Xocalı soyqırımının 26-cı il dönümünün keçirilməsinə dair Ağstafa Rayon İcra hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, o cümlədən ümumtəhsil məktəblərində soyqırımın 26-cı il dönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.
  21 fevral 2018-ci il tarixdə Göycəli kənd tam orta məktəbində Xocalı soyqırımının 26-cı il dönümü qeyd olundu. Tədbirlərdə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edildi. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş adəbi-bədii kompozisiyalar təqdim olunmuş və qısa metrajlı sənədli filmlər nümayiş etdirilmişdir. Tədbirdə RİH başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək Xocalı soyqırımının tarixi kökləri və xalqımızın başına gələn müsibətlər barədə şagirdlərə ətraflı məlumat vermişdir.

Keçidlər