Ağstafa şəhər sakinləri ilə növbəti səyyar görüş
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində rayon İcra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü Ağstafa şəhərində dəmiryolunun kənarında yerləşən çox mənzilli yaşayış binalarının sakinləri ilə keçirdi. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də şəhər sakinləri iştirak edirdi. Səyyar görüşdə sakinləri narahat edən məsələlər öyrənildi. İcra başçısı məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi. Həmçinin həmin binalara baxış keçirildi, sakinlərin məişət şəraitləri ilə yaxından tanış olundu.