Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı yarası axan qanımız” adlı tədbir keçirildi

23 fevral 2018 | 11:00

Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 22 fevral 2018-ci il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin kiçik zalında Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı yarası axan qanımız” adlı tədbir keçirildi. Tədbirdə Ağstafa rayon mədəniyyət işçiləri iştirak edirdilər. Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova tədbiri açıq elan edərək, 26 il öncə ermənilərin Xocalı şəhərində törətdiyi vəhşiliklər, cinayət və erməni vandalizmi haqqında geniş məlumat verdi. Sonra Heydər Əliyev Mərkəzinin bələdçisi Musayeva Zülfiyyə, İsgəndərova Lamiyə çıxış etdilər. Ağstafa şəhər 2 saylı tam orta məktəbin şagirdləri- Cəlilova Rahilə, Əhmədova Nuray və Nuriyeva Nəzrin şeir parçaları ilə çıxış etdilər. Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirən film nümayiş olundu.
Həmçinin Mərkəzin foye hissəsində  Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi və “Xocalı faciəsi uşaqların gözü ilə” adlı məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunmuşdur.

Keçidlər