Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir

24 fevral 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə yerlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Fevralın 24-də Ağstafa şəhərində rayon dəmiryol vağzalının qarşısındakı meydanda təşkil edilən satış-yarmarkasında yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilir. Yarmarkada təklif olunan məhsulların bazar qiymətlərindən ucuz olması alıcı aktivliyi müşahidə olunur. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildirirlər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil ediləcəkdir. Növbəti yarmarka sabah 25 fevral tarixində keçiriləcəkdir.

Keçidlər