12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya: Hüquqi Quruculuğun Memarlıq Portreti” mövzusunda tədbir keçirilib
Tədbir 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa şəhərindəki “Yazıçılar Evi”ndə təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Şahhüseyn Qurbanov, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Firəngiz İsmayılova, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin direktor müavini Şəfəq Heydərli mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Vurğulanıb ki, müstəqil Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 1995-ci il Konstitusiyasıdır. Bu gün Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz məhz həmin hüquqi bünövrənin sarsılmazlığından irəli gəlir. Ulu Öndərin şah əsərlərindən biri olan bu Konstitusiya təkcə hüquqi normalar toplusu deyil, həm də müstəqil dövlətimizin gələcək inkişaf yolunu işıqlandıran strateji yol xəritəsidir.
Çıxışlarda vurğulanıb ki, müstəqil Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 1995-ci il Konstitusiyasıdır. Bu gün Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz məhz həmin hüquqi bünövrənin sarsılmazlığından irəli gəlir. Ulu Öndərin şah əsərlərindən biri olan bu Konstitusiya təkcə hüquqi normalar toplusu deyil, həm də müstəqil dövlətimizin gələcək inkişaf yolunu işıqlandıran strateji yol xəritəsidir.






