Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart 2013 | 11:00

30 mart 2013-cü il tarixdə Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində  31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq soyqırım barədə ətraflı məlumat verdi. Lalə Eyyubova bildirdi ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda ermənilər 50 mindən çox Azərbaycanlını qətlə yetirmiş, yüzlərlə müsəlman kəndlərini yerlə yeksan etmişdir. Ulu öndər Heydər Əliyev bu hadisəyə hüquqi qiymət vermiş, 31 Mart hadisələrini Söyqırım Günü kimi qeyd olunması barədə müvafiq Sərəncam vermişdir.
Daha sonra çıxış edən natiqlər “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nün tarixi, ermənilərin zaman-zaman apardığı etnik təmizləmə siyasəti barədə məlumat verdilər.

Keçidlər